"Sumqayıt" "Səbail"ə uduzdu - YENİLƏNİB

20:58 29 Aprel 2018

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, turun son oyunu "Sumqayıt"da keçiriləcək. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Debütantfan fərqli olaraq, Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan "kimyaçıllar" "Zirə" və "Neftçi"nin məğlubiyyətlərindən sonra üçüncü sırada möhkəmlənmək imkanı əldə edib. Qazanılacaq qələbə Samir Abbasovun komandasına sona 3 tur qalmış ciddi üstünlük verəcək.

 

Qeyd edək ki, turun digər görüşləri cümə və şənbə günlərində keçirilib. "Qarabağ" səfərdə "Zirə"ni məğlub edib. "Qəbələ" ilə "Keşlə" isə doğma azarkeşləri önündə 3 xal qazanıb. Əyalət təmsilçisi "Kəpəz"i, bakılılar isə "Neftçi"ni məğlub edib.

 

Topaz Premyer Liqası, 25-ci tur

29 aprel

19:00 Sumqayıt - Səbail 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. Şəhər stadionu

 

28 aprel

16:00 Keşlə - Neftçi 2:1

Qol: Vaqif Cavadov, 21. Adrian Skarlatake, 68 - Namiq Ələsgərov, 43.  

 

18:00 Qəbələ - Kəpəz 3:0

Qol: Filip Ozobiç, 31. Stiven Monroz, 39. Cavid Hüseynov, 45+1.

 

27 aprel
19:00 Zirə - Qarabağ 1:2

Qol: Aleksandr Dedov, 60 - Donald Gerya, 55. Miçel, 90+2.


Xəbər xətti