Araz oynadı, komandası xal itirdi

10:48 29 Aprel 2018

Futbol üzrə Kipr çempionatında 34-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Limassol AEL-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Araz da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 63-cü dəqiqəsində meydana buraxılıb.

 

Geridə qalan turlarda 66 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti