İlham Əliyevə “Qızıl orden” mükafatı verildi

14:36 29 Aprel 2018

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

 

Sportarena.az xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.



Laloviç Bakıda formula-1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib, Azərbaycanın güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasında olduğunu qeyd edib.

 

Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan Dünya Güləş Birliyinin prezidenti ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığmasının ikinci yer tutmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını nəzərə çatdırıb.

Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl orden”i İlham Əliyevə təqdim edib. (apa)


Digər xəbərlər

Xəbər xətti