Futbolçumuz mövsümü başa vurdu

15:32 29 Aprel 2018

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) mövsümün sonuncu - 37-ci turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da son matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Qou Ehed İqls” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Əzizov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Den Boş" isə mövsümü 47 xalla 20 klub arasında 11-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti