Cerrard yeni mövsümdən bu klubda çalışacaq

17:57 29 Aprel 2018

“Liverpul”un aşağı yaş qrupu üzrə komandasının məşqçisi Stiven Cerrard Şotlandiyanın “Reyncers” klubu çalışdıracaq.

 

Sportarena.az xəbər verir ki,  bu haqda Britaniya mətbuatı məlumat yayıb. 37 yaşlı sabiq futbolçunun təyinatının bu mövsüm başa çatdıqdan sonra açıqlanacağı gözlənilir. Ona ilk işində sabiq şotlandiyalı futbolçu Qari MakAllister kömək edəcək.

 

Klub rəhbərliyi ümid edir ki, Cerrard “Reyncers”in əvvəlki şöhrətini özünə qaytaracaq. Hazırda komandaya Qrem Marti rəhbərlik edir


Xəbər xətti