Bakıda keçirilən "Formula 2" yarışları başa çatdı

17:22 29 Aprel 2018

Bu gün Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci əsas yarış keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.

 

Yürüşün qalibi "ART Grand Prix” komandasının pilotu George Russel olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. "Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, "Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıblar.

 

Paytaxtımızda keçirilən Formula 2 üzrə birinci yarışda "Dams” komandasının pilotu Aleksander Albon qalib gəlib. O, 29 dövrənin yekununda 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci, "Charouz Racing System”in sürücüsü Antonio Fuoko üçüncü olublar.


Xəbər xətti