Vəli Qasımovun oğlu İlham Əliyevlə görüşdü: "Bizim uşaq məşhur oldu" - FOTOLAR + AÇIQLAMA

11:47 30 Aprel 2018

Prezident İlham Əliyev onunla görüşmək istəyən uşağın ən böyük arzusunu reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, 11 aprel seçkilərindən sonra azyaşlının sosial şəbəkələrdə videosu paylaşılmış və onun ən böyük arzusunun Prezidentlə görüşmək olduğu dilə gətirilmişdi. Prezident həmin uşağın arzusunu reallaşdırıb və bu gün Formula-1 Azərbaycan Qran-Prisində azyaşlı ilə görüşüb. İlham Əliyev uşaqla çəkdirdiyi selfi isə böyük maraqla qarşılanıb.

 

Fotolara baxdığımız zaman futbol ictimaiyyətininin tanınmış şəxslərindən biri olan Vəli Qasımovun da həmin görüşdə iştirak etdiyini görə bilərik. Sosial şəbəkələrfə fenomenə çevrilən bu uşağın atası sabiq futbolçudumu? Sualımıza cavab tapmaq üçün Qasımovla əlaqə saxladıq. O, ölkə prezidenti ilə görüşən uşağın övladı olduğunu təsdiqlədi və görüş barədə danışdı:

 

"Bizim uşaq məşhur oldu (gülür). Bəli, sözügedən uşaq oğlumdu. Seçkilərdən sonra belə istəyi olmuşdu. Videosu internetdə yayıldıqdan sonra hamının marağına səbəb oldu. Bundan sonra bizi İlham Əliyevlə görüşmək üçün "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə dəvət etdilər. Oğlum ölkə başçısı ilə görüşdü, söhbətləşdi və şəkil çəkdirdi. Ümumi söhbətlərimiz də oldu. Maraqlı görüş keçdi. Arzu edirəm ki, bütün uşaqların nə arzuları varsa. reallaşsın. Heç bir uşağın aruzusu ürəyində qalmasın".

 

Heybət Məmmədov

 


Digər xəbərlər

Xəbər xətti