Əzəli rəqibini darmadağın edib çempion oldu - 49-cu dəfə

10:29 30 Aprel 2018

Futbol üzrə Şotlandiya çempionatında 2017/18 mövsümünün qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “Seltik” mövsümün başa çatmasına 3 tur qalmış qızıl medalları təmin edib. Brendan Rodcersin çalışdırdığı kollektiv 35-ci turda doğma meydanda əzəli rəqibi “Reyncers”i 5:0 hesabı ilə məğlub edib. Nəticədə xallarının sayını 78-ə çatdıran “Seltik” ən yaxın izləyicisi “Aberden”lə xal fərqini 10-a yüksəldib.

 

Qeyd edək ki, bu, Qlazqo təmsilçisinin ardıcıl 7-ci çempionluğudu. Bütövlükdə isə “Seltik” 49-cu dəfə Şotlandiya çempionu olub.


Xəbər xətti