Futbolçu hakimə sarı vərəqə göstərdi - VİDEO

16:15 30 Aprel 2018

Hollandiya çempionatında keçirilən “Vitess” - “Tvente” qarşılaşmasında qəribə hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “Vitess”in oyunçusu Navaron Foor qarşılaşmanın baş hakiminə sarı vərəqə göstərib.

 

Oyunun 61-ci dəqiqəsində baş hakim hücum quran “Vitess”in futbolçusu ilə toqquşub. Nəticədə, təhlükəli hücumun qarşısı alınıb. Bu məqamda “Vitess”in futbolçusu Foor zarafat etmək qərarına gəlib. O, cibindən sarı vərəqə çıxararaq, baş hakimə göstərib. Hakim və futbolçular bu zarafatı anlayışla qəbul ediblər. Onlar Navaronun jestinə güldükdən sonra oyunu davam etdiriblər.

 

“Vitess” “Tvente”yə 6:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti