"Barselona" ulduz futbolçunu icarəyə verir

17:16 30 Aprel 2018

“Barselona” ötən yay Dortmund “Borussiya”sıdan aldığı Usman Dembeleni icarəyə verməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu haqda İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. Qəzet iddia edib ki, klub rəhbərliyi futbolçunu satmaq fikrində deyil. Amma forma yığması və daha çox oyun təcrübəsi toplaması üçün onu icarəyə vermək niyyətindədi.

 

Qeyd edək ki, bu mövsüm 20 yaşlı fransalı hücumçu La Liqada 14 oyunda meydana çıxıb və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti