"Yuventus" Almaniya millisinin üzvü ilə anlaşdı

13:27 1 May 2018

“Yuventus” “Liverpul”un yarımmüdafiəçisi Əmrə Canla böyük ölçüdə razılığa gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Gazetta dello Sport” yayıb. Xəbərdə “Yuve” rəhbərliyinin türk əsilli almaniyalı futbolçu ilə böyük ölçüdə razılığa gəldiyi, anlaşmanın yaxın günlərdə rəsmən açıqlanacağı qeyd edilib. “Qoca sinyora”nın yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlayacağı vurğulanıb.

 

24 yaşlı futbolçu yeni komandasında ilinə 8 milyon avro qazanacaq.


Xəbər xətti