"Everton"un yeni mövsüm formasını Cenk Tosun təqdim etdi - FOTO

15:16 1 May 2018

İngiltərə Premyer Liqa təmsilçisi “Everton” 2018/19 mövsümü üçün nəzərdə tutulmuş formalarını təqdim edib.

 

Sportarena.az xəbər verir ki, “Umbro” şirkətinin istehsalı olan yeni formaların təqdimatında qışda “Beşiktaş”dan transfer edilən türkiyəli hücumçu Cenk Tosun da iştirak edib. Forvard rəsmi “tvitter” səhifəsində bunun onun üçün böyük qürur olduğunu qeyd edib.

 

Xatırladaq ki, Tosun Premyer Liqada 5 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti