"Araz"dan darmadağın

22:39 1 May 2018

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun matçları Bakı İdman Sarayında baş tutub.  “FK. İtaldizain Futsal” - “Yasamal” FK görüşü birincilərin böyükhesablı qələbəsi ilə başa çatıb - 9:2. Turun mərkəzi qarşılaşmasında “Araz” “Neftçi”ni 6:1 hesabıyla darmadağın edib.

 

EKOL - “Xəmsə” görüşü isə ikincilərin oyuna gəlməməsinə görə baş tutmayıb. Matçla bağlı yekun qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

 

Yüksək Liqa,  27-ci tur

1 may

“FK. İtaldizain Futsal” – “Yasamal” FK - 9:2
Qol: A. Əzimov, 3:11, 8:17, 17:06, A. Ağayev, 16:30, R. İbrahimzadə, 18:01, 39:52, R. Fərəczadə, 22:20, 30:36, F. Əliyev, 39:28 // S. Cavid, 1:29, M. Cahandost, 16:07

 

“Neftçi” İK - “Araz” - 1:6
Qol: T. İsmayılov, 33:12 // Qalo, 6:22, 6:57, 34:38, Bolinya, 35:20, 38:12, A. İsmayılov, 39:50

 

16:30. EKOL - “Xəmsə” (baş tutmayıb)

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 23 20 2 1 143-34 62
2 Marafon Futsal 21 15 1 5 93-42 46
3 EKOL 21 12 2 7 91-60 38
4 İtaldizain Futsal 22 8 5 9 97-74 29
5 Neftçi İK 22 8 5 9 67-62 29
6 Yasamal 23 5 1 17 67-147 16
7 Xəmsə 22 0 2 20 49-188 2

 

Bombardir: Tiaqo Telez Bolinya (“Araz”) - 34 qol


Xəbər xətti