Güləşçilərimizdən 2 medal

Sportarena.az      2 May 2018, 00:04

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

 

Güləşçilərimizdən Elvin Mürsəliyev və İslam Abbasov hərəyə iki görüş, Eldəniz Əzizli isə bir görüşü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. Hər üç güləşçimizin yarımfinalda rəqibi Rusiya idmançısı olub.

 

55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli yarımfinal görüşündə 1:7 hesabla geridə olmasına baxmayaraq mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib və finala yüksəlib. Finalda Eldəniz Estoniya idmançısı ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən güləşçimiz çempionatın qızıl medalını qazanıb.

 

Elvin Mürsəliyev (77 kq) ikiqat Olimpiya çempionu Roman Vlasovla görüşdən məğlub ayrılıb və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə o, Gürcüstan idmançısını məğlub edərək Avropa çempionatının bürünc medalını qazanıb.

 

87 kq-da mübarizə aparan İslam Abbasov da gərgin keçən qarşılaşmada rəqibinə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşü uduzan güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin