De Xea MY-nin ən yaxşısı oldu

12:23 2 May 2018

"Mançester Yunayted"də 2017/2018 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, qapıçı David de Xea birinci olub. O, səslərin 67 faizini toplayıb . Bununla da ispan qolkiper dördüncü dəfə bu mükafata sahib çıxıb.

 

Bundan başqa, de Xea komandanın oyunçuları arasında keçirilən səsvermədə də ən yaxşı adına layiq görülüb.

 

Qeyd edək ki,  de Xea bu mövsüm ölkə çempionatında 17 oyunda qapısını toxunulmaz saxlayıb.


Digər xəbərlər

Xəbər xətti