"Kəpəz" və "Sumqayıt" azakreşlərinə görə ziyana düşdü

13:50 2 May 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqanın son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

 

Topaz Premyer Liqasının 25-ci turunun “Qəbələ” - “Kəpəz” matçında “Kəpəz”in azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödənilsin.

 

Topaz Premyer Liqasının 25-ci turunun “Sumqayıt” - “Səbail”matçının ikinci hissəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.


Xəbər xətti