"Traktorsazi" satışa çıxarıldı

18:08 2 May 2018

İran liqasında mübarizə aparan Təbrizin “Traktorsazi” klubu satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Traktor Sazi” komandasının türkiyəli baş məşqçisi Ərtoğrul Sağlam məlumat verib. Komandadakı karyerasının gələcəyi ilə bağlı açıqlama verən baş məşqçi klubun gözəl bir şəxsə təhvil veriləcəyini bildirib:

 

“3 aylıq yaxşı bir dövr keçirdim. Gəldiyimdə komandanın vəziyyəti yaxşı deyildi. Liqadan getmək təhlükəsi var idi. Bizdən öncə iki mövsüm transfer qadağası da var idi. Hədəfimiz koamandanı ayağa qaldrımaq idi ki, bunu da bacardıq. “Traktor Sazi”də inzibati dəyişiklik oldu. Keçmiş prezident də, yeni prezident də bizimlə işləməkdən mənun olduqlarını bildirdi. Ancaq klubun özəl bir şəxsə verilməsi mövzusu var. Onun nəticəsinə uyğun olaraq biz də öz qərarımızı verəcəyik. “Traktor Sazi” potensiallı komandadır. Burada işləməkdən və azarkeşlərdən isə xüsuilə məmunuq”.


Digər xəbərlər

Xəbər xətti