"Beşiktaş"ın etirazı rədd edildi

18:41 2 May 2018

Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi  "Beşiktaş"ın ölkə kubokunun yarımfinalında qalmaqallı "Fənərbaxça" derbisi ilə bağlı qərara etdiyi etirazı rədd edib.

 

Sportarena.az xəbər verir ki, "qara qartallar"ın bütün tələblərinin rədd edilməsinə qərar verilib.

 

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası İstanbul derbisinin mayın 3-ü təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməsi haqda qərar verib. Bundan sonra "Beşiktaş" cavab görüşünə çıxmayacağını açıqlayıb. İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasının qalmaqallı matç haqda qərarına etiraz olaraq bu addımı atıb.

 

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar vermişdi.


Xəbər xətti