"Neftçi"də yeni təyinat

23:55 2 May 2018

"Neftçi”nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın rəhbərliyinin qərarıyla bu posta Rüstəm Allahverdiyev gətirilib. Bu barədə məlumatı klub saytı yayıb. O, mayın 15-dən işinin icrasına başlayacaq.

 

1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu, Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın "Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub. 


Digər xəbərlər

Xəbər xətti