U-16 Liqası: Sona 3 tur qaldı

00:23 3 May 2018

Mayın 3-də U-16 Liqasında 30-cu turun oyunları keçiriləcək. Ötən həftə çempionluğunu rəsmiləşdirən «Qəbələ» «Vətən»in qonağı olacaq. Bu şarşılaşma eyni zamanda turun mərkəzi oyunu olacaq. Daha bir maraqlı qarşılaşma ikincilik uğrunda mübarizə aparan «Zirə» ilə «Neftçi» arasında olacaq. «Kəpəz»in istirahət edəcəyi oyun həftəsində aşağıdakı matçlar baş tutacaq:

 

30-cu tur

12:30 «Neftçi» - «Zirə»

(Binə qəsəbə stadionu)

 

13:00 «Vətən» - «Qəbələ»

(«Neftçi Baza»)

 

13:00 «Keşlə» - «Səbail»

(«İnter Arena», 4-cü meydan)

 

14:00 «Neftçi» İK İB – «Sumqayıt»

(Lökbatan OİK-nin meydanı)

 

15:30 «Qarabağ» - «Turan»

(Binə qəsəbə stadionu)

Bombardir: Emil Quluzadə («Vətən») – 22 qol.

 

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi


Xəbər xətti