Millimizin rəqibi baş məşçqisini dəyişdi

11:14 3 May 2018

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrupda mərhələsindəki rəqiblərindən biri olan Malta yığmasının baş məşqçi postunda dəyişiklik edilib.
 
Sporarena.az xəbər verir ki, belçikalı Tom Saintfiti yerli mütəxəssis Rey Farruciya əvəzləyib. Bu barədə qərar qurumun İcraiyyə Komitəsində yekdilliklə qəbul olunub.
 
Qeyd edək ki, Azərbaycan millisi Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti