"Atletiko"ya şad xəbər - "Arsenal"a qarşı oynaya bilər

11:47 3 May 2018

Mövsümü başa vurduğu söylənilən “Atletiko”nun müdafiəçisi Felipe Luis geri dönüb.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu kollektivlə birgə məşqlərə başlayıb. 32 yaşlı oyunçu Avropa Liqasının yarımfinal mərhələsinin “Arsenal”la baş tutacaq cavab oyununda çıxış edə biləcək vəziyyətdədir.

 

Qeyd edək ki, Luis martın 15-də Avropa Liqasının 1/8 finalında “Lokomotiv”i ilə cavab oyununda zədə almışdı. Klubdan Braziliya millisinin üzvünün mövsümü başa vurduğu açıqlanmışdı.


Digər xəbərlər

Xəbər xətti