Mosimane: "Yayılan söz-söhbətlər onun "Qarabağ"a keçəcəyindən xəbər verir"

13:26 3 May 2018

andaunz" klubunun baş məşqçisi Pitso Mosimane komandanın şərəfini qoruyan Xama Billiatla bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, adı uzun müddətdi "Qarabağ"la yanaşı hallanan oyunçu ilə bağlı açıqlama verən  mütəxəssis hücumçunun "Qarabağ"a keçidinin reallaşmaq üzrə olduğunu bildirib:

 

"Yayılan söz-söhbətlər onun "Qarabağ"a keçəcəyindən xəbər verir. Eşitdiyimə görə, onlar Billiata yaxşı pul verəcəklər. Xama bizimlə müqaviləni yeniləmədiyi üçün onunla görüşüb söhbət etməli oldum. Açıq danışsaq, Billiat bizə 5 gözəl il bəxş etdi. Artıq onu buraxmağın vaxtı çatıb".

 

Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən 27 yaşlı oyunçu Zimbabve millisinin üzvüdür. Zimbabveli hücumçunun xidmətində "Qarabağ"la yanaşı ABŞ və Misir klubları da maraqlıdır.


Digər xəbərlər

Xəbər xətti