Millimizin heyəti açıqlandı

Sportarena.az      3 May 2018, 14:45

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, komanda üzvləri Maribora bu gün yollanacaq. Faiq Qarayevin yetirmələri mayın 16-dək Sloveniyada təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya kimi komandalar var.

 

Təlim-məşq toplanışına komandamız aşağıdakı heyətlə yollanacaq:

 

Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova; Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;

Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova;

Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin