İtaliyada oyununa ən çox azarkeş gələn klublar hansılardı?

17:21 3 May 2018

Bu mövsüm İtaliya A Seriyasında ev oyunlarına ən çox azarkeş cəlb edən komanda "İnter"di.

 

Sportarena.az xəbər verir ki, "nerazzurri"nin 18 ev oyununa, ümumilikdə, 1 milyon 26 min 177 nəfər azarkeş gəlib. Milan təmsilçisi cari çempionatda milyon səddini keçən yeganə klubdur.

 

İkinci yerdə 17 ev oyununu 894 min 502 nəfər izləyən "Milan" qərarlaşıb. “Üçlüy”ü 17 qarşılaşmasına 719 min 503 nəfər gələn "Napoli" qapayır. Son çempion və 35 turdan sonra 88 xalla lider olan "Yuventus"un 17 görüşünü isə 658 min 917 nəfər tribunadan izləyib.


Digər xəbərlər

Xəbər xətti