"Beşiktaş" sözünün üstündə durdu

11:23 4 May 2018

Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Beşiktaş” və “Fənərbaxça” arasında baş tutan və yarıda qalan cavab qarşılaşması reallaşmayıb.

 

Sportarena.az xəbər verir ki, oyunun mayın 3-də qaldığı yerdən (57-ci dəqiqə) davam etdirilməsi gözlənilirdi. Lakin “Beşiktaş” klubu öncədən də bəyan etdiyi kimi, bu görüşə çıxmaqdan imtina edib. Baş hakim Mete Kalkavan matçı təxirə salıb.

 

Oyunla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək.

 


Xəbər xətti