Cerrard bu gün "Reyncers"lə müqavilə imzalayacaq?

12:31 4 May 2018

“Liverpul”un gənclər (U-19) komandasının baş məşqçisi Stiven Cerrard Şotlandiyanın "Reyncers" klubunu çalışdıracaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb. İddiaya görə, İngiltərə millisinin sabiq üzvü bu gün Qlazqo təmsilçisi ilə müqavilə imzalayacaq. Cerrard mayın 2-də istefaya göndərilən Qrem Martini əvəzləyəcək.

 

Qeyd edək ki, "Reyncers" hazırda Şotlandiya çempionatında 3-cü pillədə qərarlaşıb. Komandanın əzəli rəqibi "Seltik" isə artıq ötən tur çempionluğunu rəsmiləşdirib.


Digər xəbərlər

Xəbər xətti