“Qəbələ” Qriqorçuka yeni müqavilə təklif edib" - AÇIQLAMA

14:19 4 May 2018

Latviya Futbol Federasiyasının prezidenti Kaspar Qorkş “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun növbəti mövsüm də Azərbaycanda çalışa biləcəyini deyib.

 

Sportarena.az xəbər verir ki, yerli mətbuata açıqlama verən federasiya prezidenti ukraynalı mütəxəssisin “Qəbələ”dən yeni təklif aldığını bildirib:

 

“Roman Qriqorçukla özüm əlaqə saxladım. İndi onunla danışıqlar yalnız masa arxasında davam edə bilər. “Qəbələ” klubu ona yeni müqavilə təklif edib. Dünən bu barədə danışdıq. Qriqorçuk bildirdi ki, hər şeyə mayın sonunda aydınlıq gələcək. Biz də uzun müddət gözləyə bilmərik. Latviya millisinə uyğun bir mütəxəssis tapmalıyıq. Bu, qısa müddətdə baş verməlidi. İstəyirik ki, Azərbaycanla oyuna qədər baş məşqçi tapaq. Yoxsa həmin matça baş məşqçisiz çıxacağıq”.

 

İyunun 9-da Azərbaycan millisiylə yoldaşlıq görüşü keçirəcək Latviya yığmasının baş məşqçi postuna namizədlərdən biri də Qriqorçukdu.


Digər xəbərlər

Xəbər xətti