Avroliqada həftənin rəmzi komandası açıqlandı

15:39 4 May 2018

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına əsasən həftənin rəmzi komandası tərtib olunub.

 

Sportarena.az xəbər verir ki, turnirdə mübarizəni dayandıran "Zaltsburq"un 3 futbolçusu bu komandaya düşüb. "Arsenal"dan isə David Ospina və Qranit Caka rəmzi yığmada yer alır.

 

Avropa Liqasında həftənin rəmzi komandası

Qapıçı: David Ospina (Arsenal)

Müdafiəçilər: Ştefan Layner (Zaltsburq), Diyeqo Qodin (Atletiko), Rolando, Jordan Amavi (Marsel)

Yarımmüdafiəçilər: Amadu Haydara, Diadye Samasseku (Zaltsburq), Qranit Caka (Arsenal), Dimitri Payet (Marsel)

Hücumçular: Antuan Qrizmann, Diyeqo Koşta (Atletiko)


Digər xəbərlər

Xəbər xətti