Millimizin üzvü klubundan ayrıldı

18:15 4 May 2018

Milli komandamızın üzvü Ufuk Budak Türkiyənin I liqasında çıxış edən "Samsunspor”dan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, zədə səbəbindən mövsümün son oyunlarında meydana çıxmayan 28 yaşlı müdafiəçi komanda yoldaşları ilə vidalaşaraq ailəsinin yaşadığı Almaniyaya dönüb. Budakın çempionatın başa çatmasına bir tur qalmış II liqaya düşməsi rəsmiləşən "Samsunspor”la mövsümün sonunda başa çatacağı müqaviləsinin müddətini uzatmayacağı bildirilir.

 

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanovun Ufuk Budakı yenidən komandaya dəvət edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti