"Xəzər" çempion oldu

18:35 4 May 2018

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 26-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə, eyni saatda baş tutub.

 

Hesabat turu Birinci Divizionda 2017/18 mövsümünün çempionunun müəyyənləşməsi ilə əlamətdar olub. Belə ki, Bakının “Xəzər” klubu debüt mövsümündə qızıl medallara yiyələnib. Bu gün “Zaqatala” ilə qarşılaşan paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib. Çempionun müəyyənləşməsində 2-ci pillədə qərarlaşan “Qaradağ Lökbatan”ın xal itkisi də rol oynayıb. Səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan paytaxt klubu üçün xal hesabını 50-yə çatdıran Elşad Əhmədovun yetirmələri əlçatmaz olub.

 

Qızıl şansını itirən “Qaradağ Lökbatan” isə 2-ci yeri təmin edib. 3-cü pillədə qərarlaşan “Şüvəlan”ın səfərdə “Mil-Muğan”a uduzması gümüş medalların taleyinə aydınlıq gətirib. Belə ki, 46 xala malik “Qaradağ Lökbatan” şüvəlanlılardan 4 xal öndə qərarlaşıb.

 

Birinci Divizion, 26-cı tur

4 may

Mil-Muğan – Şüvəlan 1:0
Qol: Vüqar Asəliyev, 82.

 

Xəzər – Zaqatala 3:2
Qol: Tural Qürbətov, 55. Ramil Həsənov, 73. Eltun Turabov, 78 – Cavad Kazımov, 58. Nicat Muxtarov, 71.
Qırmızı vərəqə: Tural Qürbətov, 81 (“Xəzər”) – Roini İsmayılov, 81 (“Zaqatala”).

 

Turan Tovuz – Qaradağ Lökbatan 2:1
Qol: İlkin Rzayev, 7. Tuqay Alhüseynli, 52 – Sabir Allahquliyev, 41.
Qırmızı vərəqə: Sabir Allahquliyev, 87 (“Qaradağ Lökbatan”).

 

Ağsu – Binə 3:2
Qol: Adil Tağıyev, 16. Ramil Əliyev, 26. Bəhlul Əliyev, 89 – Sərxan Ağayev, 12. Vüsal Səfərov, 71-pen.
Qırmızı vərəqə: Qalib Əmrahov (“Ağsu”).
 

MOİK – Sabah 0:0
Hakimlər: Səbuhi Bayramov, Elman Musayev, Elman Kərimov, Nahid Xasıyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.


Xəbər xətti