Samir Abasov: "Avrokubokar üçün sonadək mübarizə aparacağıq"

23:20 4 May 2018

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

 

“Qələbə istəsək də, vacib xalı aparırıq. İstəyimizin nəticəsidi ki, heç olmasa 1 xalı qoparırıq. Bu il alnımıza yazılıb ki, axıradək didişəcəyik. İşimiz asan olmayacaq. Son iki oyunumuz evdədi. Düzdü, bu, böyük üstünlük vermir. Çünki ötən tur öz meydanımızda "Səbail"ə uduzduq. İstənilən halda, avrokubokar üçün sonadək mübarizə aparacağıq".


Xəbər xətti