“Qəbələ” - “Keşlə”: 44-cü duel

10:31 5 May 2018

Topaz Premyer Liqasında 26-cı turun ikinci günü meydana çıxacaq “Qəbələ” öz meydanında “Keşlə” ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, mayın 5-də baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

 

Bu, komandalar arasında ümumilikdə 44-cü duel olacaq. İlk dəfə 12 il əvvəl - 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 43 dəfə üz-üzə gəliblər. “Qəbələ” 14 qələbə qazanıb, 14 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. Bu görüşlərdə paytaxt klubu 56, “qırmızı-qaralar” 46 qol sevinci yaşayıb.

 

Əvvəlki 43 matçdan 39-u çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 14 heç-heçə edib və 14 dəfə uduzub. 39 dəfə rəqib qapısına yol tapan “Qəbələ” 50 qol buraxıb.

 

22-ci dəfə “Keşlə”ni qonaq edəcək “Qəbələ” evdəki 21 matçda 8 dəfə qalib gəlib, 8 heç-heçə edib və 5 dəfə məğlub olub. Öz meydanında 25 top vuran “Qəbələ” futbolçuları 20 qol buraxıb.

 

Əvvəl “İnter” adlanan “Keşlə” ilə görüşlərdə 12 matçdır uduzmayan “Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdi. O, 5 dəfə fərqlənib. Filip Ozobiç 4, Baqali Dabo 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti