Dieqo Kosta birinci oldu

11:24 5 May 2018

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, "Atletiko"nun futbolçusu Dieqo Kosta ən yaxşı oyunçu seçilib. O, səslərin 83 faizini toplayıb.

 

Qeyd edək ki, D.Kosta yarımfinalda "Arsenal"la cavab matçında (1:0) komandasının qələbə qolunu vurub.


Digər xəbərlər

Xəbər xətti