"Zirə"nin baş məşqçisi: "Qələbə şirin şeydi"

21:29 5 May 2018

“Zirə”nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının 26-cı turunda “Səbail”i səfərdə 1:0 hesabıyla məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, komandanın cəzalı baş məşqçisi Ayxan Abbasovu əvəzləyən gənc mütəxəssis matçla bağlı bunları söyləyib:

 

“Rəqibi təhlil etmişdik. Bilirdik ki, bizi çətin səfər gözləyir. Samir Əliyevin komandasının çox əzmkar olduğu göz qabağındadı. Baş məşqçinin işi görünür. Samir müəllim qış fasiləsindən sonra daha yaxşı komanda formalaşdırıb. Buna görə onu təbrik edirəm. Bizə gəlincə, nəyin hesabına olur-olsun, qələbə qazanmalı idik. Qələbədə əzmkarlıq, ruh yüksəkliyi həlledici oldu. Azarkeşlərimizə, rəhbərliyimizə təşəkkür edirik ki, arxamızda dayanıblar. Qalan oyunlarımız finala bərabərdi. 5-ci yeri təmin etmişik. Qalan 2 oyunu da inşallah, udacağıq. İtkilərimiz vardı. Elə olub ki, yanvardan sonra 9-10 futbolçumuz olmayıb. Bu gün iki mərkəz müdafiəçimiz yox idi. Məcburiyyətdən Vüqar Mustafayevi arxada oynatdıq. Doğrudan da qələbə şirin şeydi. Ayxan müəllim də bunu oyundan sonra vurğuladı”.


Digər xəbərlər

Xəbər xətti