Anar Nəzirov: "Sona kimi mübarizəmizi davam etdirəcəyik"

23:36 5 May 2018

Topaz Premyer Liqasının 26-cı turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Zirə"nin qapıçısı Anar Nəzirov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
Sportarena.az həmin müsahibəni təqdim edir:
 
 
- Uzun müddətdən sonra qələbə qazandız. Bu, necə hissdir?
- Bu hissləri ancaq qələbə qazanan komanda bilər. Çepionatın elə məqamıdır ki, bizə mütləq qələbə lazım idi. Şükürlər olsun ki, bunu bacardıq.
 
- Qış fasiləsindən sonra qələbə qazana bilməməyinizin səbəbi nə idi?
- Futbolun bu üzü də var. Oyunlarımıza baxsaq, görərik ki, yaxşı oynamışıq. Bəlkə də "Zirə"nin tarixində elə oyunlar olmayıb. Futbol baxımından, yaxşı mənada deyirəm. Biz həmişə mübariz komanda olmuşuq. 1 qol vurub hesabı qoruya bilirdik. Bütün rəqiblərimizdən xal ala bilərdik. Hər dəfə uduzduqdan sonra deyirdik ki, növbəti oyunda qələbə qazanacağlıq. Bu da bizə təsir edirdi.
 
- "Zirə"nin avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?
- Taleyimiz öz əlimizdə deyil. Amma nə olur-olsun biz sona kimi mübarizəmizi davam etdirəcəyik. Bu gün qələbə qazanmaya da bilərdik. Bunun bizim mübarizə aparmağımıza heç bir təsiri yoxdu. Son tura kimi mübarizə aparıb əlimizdən gələni edəcəyik.
 
- Son qələbənizi 5 ay 3 gün öncə "Səbail" üzərində qazanmışdız. Gücünüz elə "Səbail"ə çatır?
- Yox. Elə deməyək. İlk iki dövrədə bizim hamıya gücümüz çatırdı. Uğursuzluq zolağına düşmüşdük. Bu vəziyyətdən çıxmaq üçün çox mübarizə apardıq. Heç kəs kənardan bizim psixoloji cəhətdən nələr çəkdiyimizi təsəvvür edə bilməz. Çətin dövrdən keçmişik. Belə dövrdə komandada futbolçuları bir yerdə saxlamaq özü böyük işdi.
 
- "Sumqayıt", "Neftçi" və "Zirə" avrokuboklar uğrunda mübarizə aparır. hansı komandanı daha şanslı hesab edirsən?
- Belə deyim də, biz nə olsa da, sonadək mübarizə aparacağıq. Amma "Sumqayıt"ın şansı öz əlindədi.
 
- "Neftçi" sabah "Qarabağ"la oynayacaq. Yəqin ki, "Qarabağ"a azarkeşlik edəcəksiz...
- Bəli, 100 %.


Xəbər xətti