Sabiq "Qəbələ"li Rusiya çempionu oldu

Sportarena.az      6 May 2018, 10:34

Futbol üzrə Rusiya Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Moskva “Lokomotiv”i sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Paytaxt təmsilçisi 29-cu tur çərçivəsində doğma meydanda qarşılaşdığı “Zenit”lə qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılaraq, rəqibləri üçün əlçatmaz olub. 60 xalla birinci olan “Lokomotiv” ən yaxın izləyicisi Moskva “Spartak”ını 4 xal qabaqlayır.

 

Qeyd edək ki, bu, “dəmiryolçular”ın tarixi ərzində üçüncü çempionluğudu. Paytaxt klubu daha öncə 2002 və 2004-cü illərdə Rusiya çempionu olmuşdu.

 

Sonda onu da xatırladaq ki, “Lokomotiv”i vaxtilə “Qəbələ”nin də baş məşqçisi işləmiş Yuri Syomin çalışdırır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin