"Neftçi" "Qarabağ"a qalib gəldi - YENİLƏNİB

20:56 6 May 2018

Topaz Premyer Liqasında 26-cı turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək bir oyunla tura yekun vurulacaq. Çempionluği rəsmiləşdirən “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisini maraqlı edən bir sıra maraqlı məqamlar var. Ağdam klubundan fərqli olaraq bu matç "ağ-qaralar" üçün olduqca önənmlidi. Avropa Liqasına vəsiqə qazanmaq istəyən Tərlan Əhmədovun komandası "Sumqayıt"ın Gəncədki xal itkisindən maksimum yaralanaraq xalları bərabərləşdirmək istəyir. Qazanılacaq qələbə sayəsində "Neftçi" dünən itirdiyi dördüncü pilləni "Zirə"dən geri alacaq.

 

Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" "Kəpəz"in qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Dünən isə iki oyun keçirilib. "Zirə" səfərdə "Səbail"i məğlub edib. "Keşlə" isə Qəbələ səfərindən 1 xalla qayıdıb.

 

Topaz Premyer Liqası, 26-cı tur

6 may

19:00 Qarabağ - Neftçi 0:1

Qol: Rəhman Hacıyev, 37.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. “Azersun Arena”

 

4 may

16:00 Kəpəz - Sumqayıt 1:1

Qol: Dario Federiko, 66-p - Amil Yunanov, 86

 

5 may

17:00 Səbail - Zirə 0:1

Qol: Müşfiq İyasov, 16.

 

19:00 Qəbələ - Keşlə 1:1

Qol: Stiven Monroz, 31 - Slavik Alxasov, 11


Digər xəbərlər

Xəbər xətti