Yani Urdinov: "Avrokuboklara düşməyə hələ də şansımız var"

14:43 6 May 2018

Topaz Premyer Liqasının 26-cı turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Zirə"ni futbolçusu Yani Urdinov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
Sportarena.az həmin müsahibəni təqdim edir: 
 
- "Zirə" sonuncu qələbəsini 5 ay öncə, yəni ötən ilin sonunda qazanmışdı. Onda komandada deyildin. Heyətində olduğun "Zirə" nəhayət, qələbəsiz seriyanı qırdı...
- Karyeramda əvvəl belə şey olmamışdı. Bu qələbəyə görə çox şadam. Ola bilər ki, hətta bu oyunu karyeramın ən yaxşısı adlandırmaq olar. Bütün komandaya təşəkkür edirəm. Bu qələbə bizim üçün çox vacib idi. Xarakter göstərdik və məqsədimizə çatdıq. Avrokuboklara düşməyə hələ də şansımız var. "Sumqayt"la xal fərqini azaltmağa çalışacağıq.
 
- Epizodların birində Rimard Qadze "Səbail"in cərimə meydanında yerə yıxdılar. Səncə, onda penalti var idi?
- Bu haqda danışmaq istəmirəm. Bu, artıq vacib də deyil. Əgər soruşursunuzsa, hesab edirəm ki, 11 metrıik cərimə zərbəsi təyin olunmalı idi. Çünki Qadze ayaq üstə durmağa çalışrıdı, ancaq bu, rəqibin ona qarşı qayda pozuntusu vardı.
 
- Bu, oyununuza təsir göstərdi?
- Penalti verilsəydi, hesab yəqin ki, 2:0 xeyrimizə olardı. Bu zaman bizə oynamaq asan olardı. Ancaq hər bir işdə xeyir var. Ola bilər ki, hesabın 1:0 olması bizə xarakter göstırməyə imkan verdi.
 
- Hər matçda hakimə qarşı aqressiv olurdunuz. Ancaq "Neftçi" ilə oyundan meydanda qovulandan sonra aqressiyanı qorxu ilə bağlıdı, yoxsa rəhbərlik sizə nəsə deyib?
- Məşqçimiz mənə səliqəli oynamağı tapşıraraq aqressiv hərəkətərə ehtiyac olmadığını sözlərinə əlavə etdi. O həmçinin dedi ki, qarşıdakı oyunlar bizim üçün çox vacibdi. Mən də onun dediyini etdim.
 
- İndi "Sumqayıt", "Zirə" və "Neftçi" arasında 3-cü yer və Avropa Liqasına vəsiqə uğrunda mübarizə gedir. Bu döyüşdən qalib ayrılacaqsınızmı?
- Bizə digər komandaların nəticələri maraqlı deyil. Bu oyundan sonra "Kəpəz"lə ev matına köklənəcəyik. Son 2 oyunda qalib gəlsək, təbii ki, Avropa Liqasına vəsiqəni şansımızı artıracağıq.


Digər xəbərlər

Xəbər xətti