Fernando Torres ABŞ yolunda

15:43 6 May 2018

Mövsümün sonunda “Atletiko”dan ayrılacağını açıqlayan Fernando Torresin yeni klubu müəyyənləşmək üzrədir.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı hücumçu ABŞ-ın “Çikaqo” klubuna keçməyə hazırlaşır. Hazırda Madriddə olan klub nümayəndələrinin keçidin son detallarını müzakirə etdikləri bildirilib.

 

Qeyd edək ki, bu mövsüm “Atletiko”da 41 oyun keçirən Torres 8 qol vurub.


Digər xəbərlər

Xəbər xətti