"Mançester Siti"dən ayrılacağı dəqiqləşdi

18:16 6 May 2018

İngiltərə Premyer Liqasında "Mançester Siti"nin formasını geyən Yaya Ture mövsümün sonunda komandadan ayrılacaq.
 
Sportarena.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola da 34 yaşlı futbolçunun gedəcəyini təsdiqləyib. Turenin komandanın son illərdəki uğurunda önəmli rol oynadığını bildirən Qvardiola "Mançester Siti"yə çempionluq qazandıran Roberto Mançini və manuel Pelleqrini nin dönəmlərində açar oyunçular arasında yer aldığını söyləyib. 
 
Katalon mütəxəssis mayın 9-da çərşənbə günü "Brayton"la matçda Turenin son dəfə "Mançester Siti" formasında meydana çıxacağını qeyd edib.
 
2010-cu ildə "Barselona"dan 24 milyon funt-sterlinqə Mançester klubuna transfer olan futbolçu bu komanda ilə bütün yarışlarda ümumilikdə 315 matçda meydana çıxıb və 82 qol vurub.


Xəbər xətti