Araz Abdullayev qələbəyə sevindi

10:13 7 May 2018

Futbol üzrə Kipr çempionatında 35-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Nikosiya “Omoniya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxsa da, fasilədə əvəzlənib.

 

Geridə qalan turlarda 69 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.


Xəbər xətti