Millimizin üzvü oynadı, komandası qələbə qazandı

11:10 7 May 2018

Futbol üzrə Ukrayna çempionatında 30-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Zirka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 39 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.


Xəbər xətti