Güləşçilərimiz Avropa çempionatına 3 medalla yekun vurdu

Sportarena.az      7 May 2018, 11:26

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

 

Sportarena.az xəbər verir ki, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayıb. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurub. Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

 

Mircəlal Həsənzadə (61 kq) yarımfinal görüşünü uduzaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Rumıniya idmançısına uduzan Mircəlal çempionatı beşinci sırada tamamlayıb. 86 kq-da yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Qostiyevin rəqibi Rusiya idmançısı olub. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə bitsə də son xalı rəqib qazandığından qələbə rəqibə verilib və güləşçimiz çempionatın gümüş medalı ilə kifayətlənib.

 

92 kq-da mübarizə aparan Şərif Şərifov yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olub. Minimal fərqlə görüşü uduzan Şərif Avropa çempionatının gümüş medalına yiyələnib.

 

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşdə Belarus idmançısına qalib gəlib və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə də qalib gələn təmsilçimiz bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin