Futbolçumuz dubl etdi

11:43 7 May 2018

Futbol üzrə Latviya Birinci Liqasında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Auda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.

 

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Komandasının iki qolunu da məhz Əsgərov vurub. O, 64 və 72-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Vüqar yeni mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.

 

“Dauqavpils” üç turdan sonra 9 xalla daha bir komanda ilə birgə zirvəyə şərikdi.


Xəbər xətti