26-cı turun oyunlarını nə qədər azarkeş izlədi?

15:21 7 May 2018

Azərbaycan Premyer Liqasının 26-cı turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ən yüksək göstərici Suraxanıda və Gəncədə qeydə alınıb. Həm “Azərsun Arena”da keçirilmiş “Qarabağ” - “Neftçi” (0:1), həm də, Gəncə şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Sumqayıt” qarşılaşmasını (1:1) eyni sayda - 3000 tamaşaçı izləyib.

 

Ən aşağı göstərici isə Bayılda qeydə alınıb. Cəmi 500 tamaşaçı “Zirə”nin “Səbail” üzərində səfər qələbəsinin (1:0) canlı şahidi olub.

 

Qəbələ şəhər stradionunda keçirilmiş “Qəbələ” - “Keşlə” matçını (1:1) isə 800 tamaşaçı izləyib.

 

Ümumilikdə, turun 4 oyununu 7300 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1825 nəfər deməkdi.


Digər xəbərlər

Xəbər xətti