"Neftçi" - "Səbail" matçı harada keçiriləcək? - Məkan açıqlandı

18:08 7 May 2018

Topaz Premyer Liqasının 27-ci turunun “Neftçi” - “Səbail” oyununun keçiriləcəyi məkan bəlli olub.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Bu barədə məlumatı “Səbail”in “facebook” səhifəsi yayıb. Matç mayın 12-də, saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, oyunun öncədən "Bayıl Arena"da keçiriləcəyi iiə bağlı məlumatlar yayımlanmışdı.

 

Xatırladaq ki, “Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km stadionu təmirə bağlanıb.


Digər xəbərlər

Xəbər xətti