Millimizin baş məşqçisi: "Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidi"

18:47 7 May 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Macarıstan yığmasına 0:1 hesablı məğlubiyyətin ardından fikirlərini bildirib. 

 

Sportarena.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında yetirmələrinin çoxsaylı qol fürsətlərindən yararlana bilmədiyini deyib: 

 

“Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidi. İstirahətə və bərpa keçməyə zaman qalmayacaq. Oyuna gəlincə, təəssüf ki, çox qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik. Rəqib cərimə zərbəsindən sonra qol vurdu və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldı. Növbəti oyunlarda xarakter nümayiş etdirib daha yaxşı oyun sərgiləcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin, çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti