Tanınmış futbolçu ürəyindən əməliyyat olundu

16:19 8 May 2018

İspaniyanın “Atletik” klubunun futbolçusu Raul Qarsiya ürəyindən əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, həkimlər 31 yaşlı yarımmüdafiəçiyə ürək ritminin pozulması diaqnozunu qoyub.

 

Belə ki, ilk dəfə futbolçuda 2016-cı ildə ürək anomaliyası aşkar edilib və bu səbəbdən məşqlərin intensivliyi azaldılıb. Buna baxmayaraq, 2016/17-ci illər mövsümündə Raul Qarsiya 48 matçda iştirak edib və 14 qol vurub.


Xəbər xətti