VI Zirvə Oyunlarında karate yarışları yekunlaşdı - VİDEO

Sportarena.az      9 May 2018, 11:45

AAAF Park Yaşayış Kompleksinin yarış zalında yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan VI ZİRVƏ OYUNLARI çərçivəsində karate yarışları baş tutub.

 

Sportarena.az xəbər verir ki, bu dəfə turnirdə 88 medal uğrunda 300-ə yaxın idmançı mübarizə aparıb. Olduqca maraqlı keçən yarışın qonaqları qismində Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov, qurumun Hakimlər Kollegiyasının sədri Cahangir Babayev, böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Şahin Xudavediyev və yığma komandanın bir çox üzvləri, dünya və Avropa çempionları iştirak ediblər. Onlar təşkilatçılıqla bağlı razılıqlarını dilə gətirib, görülən işlərə görə klub rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Yarışda Rüstəm Əkbərovun rəhbərliyi altında “Zirvə” Beynəlxalq İdman Klublarının üzvləri 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla, 9 medal qazanıblar.

 

Qeyd edək ki, may ayının 12-i və 13-də VI Zirvə Oyunları çərçivəsində bədii gimnastika və ağır atletika yarışları keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin